Zakir Fərəcov həbs olundu
Bakının Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib.
DİN-dən verilən məlumata görə, mağazadan 31 min manatlıq 13 ədəd “İphone” markalı mobil telefon oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.
Belə ki, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...
-
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
...
-
Həbs olunan məmurlarla bağlı - Rəsmi açıqlama
...