Ermənistan öz öhdəliklərinə əməl etməlidir

10:46 12-11-2022 | icon 888
Ermənistan öz öhdəliklərinə əməl etməlidir

Dövlətimizin başçısı müharibədən sonra azad olunmuş ərazilərə müntəzəm səfərlər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 8-də Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir.

Ali Baş Komandan bu dəfə möhtəşəm çıxış edib, çox mühüm mesajlar verib. O göstərib ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb.

       Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törədir. Əlbəttə, bunlar birmənalı olaraq qəbuledilməzdir. Ona görə də Ermənistan tez bir zamanda təxribatlara son qoymalıdır. Çünki ermənilər və havadarları bilməlidirlər ki, əgər təxribatlar davam etsə, Azərbaycan bunun qarşısını qətiyyətlə alacaq. Yəni, Azərbaycan Ermənistanın təxribatlarına göz yummayacaq. Çünki rəsmi Bakı bölgədə sülhün bərqərar olmasında, bu istiqamətdə addımların atılmasında maraqlıdır. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığını söyləyən Prezident qeyd edib ki, biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərə necə əməl olunduğundan danışarkən bildirib: “İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik. Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.

Xumarə Xəlilova,

Cəlilabad Qadın Resurs Mərkəzinin kordinatoru


Digər xəbərlər

0.22639489173889