Bu gün millimizin matçı var

10:49 16-11-2022 | icon 903
Bu gün millimizin matçı var

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

Canni de Byazinin komandası Moldova yığması ilə üz-üzə gələcək.

 

Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.

Yoldaşlıq oyunu
16 noyabr

21:00. Moldova - Azərbaycan

Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (Ukrayna)
Kişinyov, “Zimbru” stadionu

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.


Digər xəbərlər

0.3486008644104