Prezidentin fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələri açıqlandı
Azərbaycan əhalisinin 84.7%-i Prezident İlham Əliyevə tam etibar etdiyini bildirib.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2022-ci ilin may-avqust aylarında keçirdiyi rəy sorğusunun nəticələri göstərir.
Sorğunun nəticələrinə əsasən respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib. Rəyi soruşulanların cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
Sorğuda hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına olan ictimai inam və etimad səviyyəsi də öyrənilib. Respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 9.8%-i əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib. Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin klaster üsulundan istifadə edilib. Respondentlərin seçimində gender balansı qorunub. Sorğuda əhatə edilmiş respondent sayına (1068 nəfər) əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib. Sorğunun hər respondent üzrə orta davametmə müddəti 17 dəqiqə 4 saniyədir. Sahə işi 2022-ci ilin 12 sentyabr– 27 sentyabr tarixlərində icra edilib.
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...