AHİK-in nümayəndə heyəti Avstraliya İttifaqında səfərdədir

09:53 18-11-2022 | icon 1028
AHİK-in nümayəndə heyəti Avstraliya İttifaqında səfərdədir

Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.
Qurultayda BHİK-ya üzv ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri
iştirak edirlər.
Ölkəmizi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi
Azərbaycan nümayəndə heyəti təmsil edir.
Avstraliya Həmkarlar İttifaqları Şurasının prezidenti xanım Mişel Oneil tədbirin
açılış mərasimində çıxış edib, qurultayın işinə uğurlar arzulayıb.
BHİK-nın Baş katibi xanım Şaran Burrou son 4 ildə rəhbərlik etdiyi qurumun
fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeniliklər barədə hesabat
verib. Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş açılış mərasiminə
onlayn qaydada qoşulub.
Qurultayın ikinci günü seçki hesablama komissiyasının tərkibi müəyyənləşib.
Sonra Plenar iclasda milli həmkarlar ittifaqlarının məruzələri dinlənilib.


Digər xəbərlər

0.27112603187561