Prezident İlham Əliyevin Albaniyaya səfəri iki ölkə arasındakı münasibətləri fəallaşdırıb  

10:04 18-11-2022 | icon 966
Prezident İlham Əliyevin Albaniyaya səfəri iki ölkə arasındakı münasibətləri fəallaşdırıb
 

Prezident İlham Əliyevin müxtəlif platformalarda keçirilən görüşlərdə ölkəmizin mövqeyini dünyaya bəyan etməsi artıq bir ənənəyə çevrilib. Cənab İlham Əliyevin  Albaniyaya səfərə dəvət olunması Azərbaycan Prezidentinin şəxsiyyətinə, nüfuzuna olan böyük hörmət və etimadın ifadəsidir. Cənab Prezident İlham Əliyev Albaniyada müzəffər Ali Baş Komandan kimi tanınır və bilirlər ki, o, tarix yazmış şəxsiyyətdir. Bütün bunlar Albaniya ictimaiyyətinin Azərbaycana olan məlum münasibətini şərtləndirən amillər sırasındadır. Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.

       Dövlətimizin başçısının Albaniyanın paytaxtı Tiranada mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər də mühüm önəm daşıması ilə diqqət çəkib. Prezident İlham Əliyev deyib ki, artan enerji tələbatını ödəmək üçün bizim, əlbəttə, sıx əməkdaşlığa və koordina­siyaya ehtiyacımız var. Azərbaycanın bu məqsədlə Albaniya ilə artıq rəsmi olaraq enerji sahəsində dialoq yarada bilər. Ölkə rəhbəri hər iki ölkə arasında sıx əməkdaşlıqla bağlı geniş məsələləri müzakirə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə vacib mövzu­lar daxil edirik.

 Prezidentimizin Albaniya səfərində əsas mövzu enerji siyasəti olub. Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Dövlət baş­çısı bu məsələ ilə bağlı fikir bildirərkən, diqqəti ölkəmizin enerji təhlükəsizliyi strategiyasının bəzi məqamlarına yönəldib. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də turizm, mədəni mübadilələr barədə söhbət açılmışdır. 

Bir məsələni də unutmaq olmaz ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.

İlkin Qubadov,

Qızıl Aypara Cəmiyyətinin

Cəlilabad Rayon Bölməsinin sədri


Digər xəbərlər

0.45245099067688