Albaniya ən yaxın tərəfdaşlarımızdan birinə çevrilir 

10:05 18-11-2022 | icon 782
Albaniya ən yaxın tərəfdaşlarımızdan birinə çevrilir 

Azərbaycan Avropa dövlətləri, o cümlədən Albaniya ilə ikitərəfli münasibətlərin qurulmasında və genişləndirilməsində maraqlıdır. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız olub. Beləliklə, siyasi dialoqun çox güclü dinamizmi var.   

       Prezident İlham Əliyevin rəsmi səfəri göstərdi ki, Albaniya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevrilir. Səfər çərçivəsində Albaniya ilə enerji və infrastruktur, kənd təsərrüfatı, turizm, sənaye sahələrində əməkdaşlığın genişlənməsi müzakirə edildi. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan Albaniyanın mühüm təchizatçısına çevriləcək. Azərbaycanın TAP kəməri Albaniyadan keçir. Azərbaycan qazının həcmi ilbəil artacaq. Albaniya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərə, tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edə bilərlər.

        Amma həyata keçirilən hər bir bərpa və quruculuq işlərinin yerində düşmənin o torpaqlarda bir zamanlar etmiş olduğu dağıdıcı fəaliyyətləri üzə çıxır. Məhz Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq” siyasəti nəticəsində bir zamanlar əlçatmaz olan arzular artıq reallaşıb. Vətən müharibəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinə elə bir dərs olub ki, onlar artıq öz taleləri ilə barışmağa məcbur olublar. İstər döyüş, istərsə də siyasi meydanda məğlubiyyətə uğrayan düşmənin müharibədən sonra bir neçə dəfə əl atdığı revanş fəaliyyəti də uğursuzluqla nəticələnib.

       Bir daha qeyd edirəm, cənab İlham Əliyevin Albaniyaya rəsmi səfəri,  geniş və dərin məzmunlu bəyanatı qlobal əhəmiyyətə malikdir, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaş olması onu göstərir ki, Azərbaycan Avropa üçün çox vacib ölkədir. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir.

Vüsalə Məmmədova,

Cəlilabad rayonu, Privolnoye kənd

körpələr evi-uşaq bağçasının müdiri


Digər xəbərlər

0.24347805976868