Qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələri

10:07 18-11-2022 | icon 234
Qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələri

     Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Prezident İlham Əliyevin noyabrın 15-də Tiranaya rəsmi səfəri əlaqələrin inkişaf etdirilməsinda daha bir təkan verib. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Bu səfər ölkələrarası münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada keçiriləcək “Azərbaycan Həftəsi”nə hazırlıqla üst-üstə düşdüyünə görə də əlamətdardır.

      Azərbaycan Prezidenti öncə vurğulayıb ki, biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. Siz BMT Təhlükəsizlik Şurasının qətnamələri 1993-cü ildə qəbul olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.

       2020-ci ilin noyabrında 44 günlük vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan öz gücünü sübut etdi. Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibi ölkədir. Digər ölkələr tərəfdən etibarlı əməkdaş kimi yüksək qiymətləndirilir. Siyasi arenada güclü ölkəyə çevrilməsi göz qabağındadır. Sadəcə, bu amillər dost ölkələri sevindirir, düşmənlərin isə paxıllıq çəkməsinə səbəb olur.  Xatırladaq ki, 2020-ci il dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası bu ölkədə məşğulluğun artmasına böyük töhfə verib.

Əlizamin Əzizov, 

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.17730498313904