“İşçilərin sosial müdafiəsinin gücləndirilməsinə dair əhalinin maarifləndirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir Qəbələdə baş tutub


“Sosial və İqtisadi İnkişafın Tərəfdaşları” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İşçilərin sosial müdafiəsinin gücləndirilməsinə dair əhalinin maarifləndirilməsi” adlı layihə çərçivəsində 16.11.2022-ci il tarixində Qəbələ rayonunda ilk tədbir keçirilmişdir. Tədbirdə iştirak edən Qəbələ rayonu sakinlərinə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində maarifləndirici işlərin aparılması kimi mövzular haqqında ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandırılan suallar cavablandırılmışdır.
Tədbiri giriş sözü ilə açan təlimçi ölkədə qeyri-rəsmi məşğulluğun
qarşısının alınması,işçilərin, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin önəminin ölkəmizin və vətəndaşlarımızın gələcək rifahı üçün vacibliyini izah etdi. Rayon əhalisi mövsümi işlərdə fəaliyyət göstərməsi zamanı rəsmi əmək münasibətlərinin qurulması yönündə məlumatlandırılmış və bunun önəmi onlara izah edilmişdir.
-
“Nar” “Sənə ən yaxın” konsepsiyasını təqdim edir
...
-
Neftimizin qiyməti 102 dollara düşdü
...
-
Neftimiz 99 dollara düşdü
...
-
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb
...
-
Yeni 5 qəpiklik buraxıldı - Foto
...
-
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
...
-
“Azeri Light”ın qiyməti 101 dollara düşdü
...
-
Köhnə smartfonunu sərfəli şərtlərlə sat! - “Nar”dan əla fürsət
...
-
Yeni 1 manatlıq buraxıldı - Taleh Kazımovun imzası ilə
...
-
Azərbaycan nefti yenə bahalaşdı
...