Ronaldo rəsmən “Mançester Yunayted”dən ayrıldı

09:41 23-11-2022 | icon 213
Ronaldo rəsmən “Mançester Yunayted”dən ayrıldı

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo qarşılıqlı razılaşma əsasında "Mançester Yunayted"i tərk edib.

Klub ona verdiyi böyük töhfələrə görə təşəkkür edib.

 
 
 

""Mançester Yunayted"də hər kəs Erik Ten Haqın rəhbərliyi altında komandanın irəliləyişini davam etdirməyə və meydanda uğur qazanmaq üçün birlikdə işləməyə diqqət yetirir",- deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, Ronaldo bir müddət öncə qalmaqallı müsahibə vermişdi.O müsahibəsində komandanın baş məşqçisi Erik Ten Haqı və rəhbrəliyi tənqid etmişdi.


Digər xəbərlər

0.77191495895386