Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir

09:42 23-11-2022 | icon 206
Azərbaycan kubokunda son 1/4 finalçılar müəyyənləşir

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Ikinci oyun günündə üç matç baş tutacaq.

 

Günün ən maraqlı qarşılaşması Gəncədə təşkil olunacaq. Premyer Liqa təmsilçilərinin duelində “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Digər iki görüşdə isə elita klubları I divizion təmsilçilərini sınağa çəkəcək. “Zirə” “Mingəçevir”in qonağı olacaq, “Sabah” “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları dekabrın 8-9-da, cavab görüşləri 19-20-də keçiriləcək.

Ötən gün keçirilən oyunlardan sonra “Səbail”, “Turan Tovuz” və “Qəbələ” növbəti mərhələyə adlayıb.

Azərbaycan kuboku
1/8 final
23 noyabr (çərşənbə)

14:00. “Mingəçevir” – “Zirə”
Baş hakim: Emin Əliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Kəpəz” – “Sumqayıt”
Baş hakim: İnqilab Məmmədov
Gəncə şəhər stadionu

17:00. “Sabah” – “Qaradağ Lökbatan”
Baş hakim: Səbuhi Bayramov
“Bank Respublika Arena”


Digər xəbərlər

0.62838101387024