Bu gün DÇ-2022-də hansı oyunlar var?

09:43 23-11-2022 | icon 799
Bu gün DÇ-2022-də hansı oyunlar var?

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

Günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeşi sınağa çəkəcək.

Bu qrupun digər matçında isə Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.

E qrupunda isə Almaniya seçməsi Yaponiya ilə, İspaniya Kosta Rika ilə üz-üzə gələcək.

DÇ-2022

23 noyabr

F qrupu

14:00. Mərakeş - Xorvatiya

Baş hakim: Fernando Rapallini (Argentina)

"Əl Bayt" stadionu 

 
 
 

23:00. Belçika - Kanada

Baş hakim: Canni Sikazve (Zambiya)

"Əhməd Bin Əli" stadionu

E qrupu

17:00.Almaniya - Yaponiya

Baş hakim: İvan Barton (Salvador)

"Xəlifə" stadionu

20:00. İspaniya - Kosta Rika

Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)

"Al Tumama" stadionu


Digər xəbərlər

0.31100606918335