Azər Paşayev: "YAP təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldan partiyadır"

10:53 02-12-2022 | icon 128
Azər Paşayev:

!Yeni Azərbaycan Partiyası bizim üçün çox əziz, möhtəşəm və qüdrətli bir siyasi təşkillatdir. Təkcə Azərbayacanın ictimai-siyasi həyatında deyil, bütövlükdə reginoda və dünyada aparıcı nüfuza malikdir. Bu kimsəyə sirr deyil ki, YAP nə qədər çətin, mürəkkəb bir zamanda Azərbaycan xalqının istəyi və arzusu nəticəsində meydana gəlmişdir. Öz siralarına ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Böyük Azərbaycansevər Heydər Əliyevin parlaq idealarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolu gündən-günə daha da möhkəmləndirilməkdədir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

Bu sözləri Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi ilə bağlı  saytımıza açıqlamasında Ağdaş RİHB-nın Ağdaş şəhər ərazi nümayəndəsi Azər Paşayev bildirib.

Azər Paşayev qeyd edib ki, doğma Partiyamız Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirib:

"2021-ci il mart ayının 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm ölkəmiz, həm də partiyamız üçün əlamətdar və mühüm ictimai-siyasi hadisə olmuşdur.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran məqsədyönlü vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı – 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Eyni zamanda azadlıq savaşı Cənab Prezidentin təkrarsız diplomatik məharəti ilə yanaşı, həm də yenilməz sərkərdəlik qabiliyyətlərini bütün dünyaya göstərdi. Dövlət başçımızın siyasi iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Biz əldə etdiyimiz uğura görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycanın yenilməz, rəşadətli ordusuna borcluyuq.

Prezident İlham Əliyevin bildirdiyi kimi: “Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq”.

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək Azərbaycan xalqına müraciətində də dediyi kimi, ATA vəsiyyətini yerinə yetirdi, son 19 ildə həyata keçirdiyi Güclü Dövlət, Güclü Ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Və ən nəhayət – əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Bu baxımdan biz əminliklə vurğulayırıq ki, Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır!

Heydər Əliyev illər öncə söyləyirdi “Yeni Azərbaycan Partiyası – Dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri hələdə uzun illər bundan sonra da öz ictimai aktuallığını qoruyub saxlayacaq. Çünki Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli keçmişinin, uğurlu bu gününün və parlaq gələcəyin müəllifidir.
Bir daha başda Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri möhtərəm İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP sədrinin birinci müavini çox hörmətli Mehriban xanım Əliyeva olmaqla hər bir partiya üzvünü YAP-ın yaradılmasının 30 illik münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Doğma evimiz olan Yeni Azərbaycan Partiyasına yeni və daha böyük uğurlar arzulayıram!
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yaşasın müstəqil Azərbaycan!"


Digər xəbərlər

0.20881104469299