Qalib xalqın doğma partiyası

15:30 23-11-2022 | icon 135
Qalib xalqın doğma partiyası

        Yeni Azərbaycan Partiyası yarandığı ilk günlərdən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib.  Ümumxalq etimadını çox qısa müddətdə qazanan partiya öz fəaliyyətində  hər zaman dövlətimizin inkişafına, yüksəlişinə, Heydər Əliyev ideallarına sədaqətini, ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib.  Azərbaycanda parlament və prezident seçkiləri keçirilib, sosial-iqtisadi, hüquqi, siyasi islahatlar həyata keçirilib. Ən əsası, Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusilə diqqətəlayiqdir. 

          Partiyanın Sədri cənab İlham Əliyev 30 illik yubileydəki çıxışında bir daha göstərdi ki. ölkəmizdə siyasi və hərbi gücümüzün formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir. Vətənm müharibəsində nümayiş etdirilən siyasi güc Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Dövlətimizin başçısı son 19 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu. Tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına layiqli töhfəsini verəcək.

       Ölkə Prezidenti İlham Əliyevin tədbirdə proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.     

         Hər zaman siyasi proseslərdə önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal, yeniləşmiş formatda qədəm qoyub, fəaliyyətini yeni mərhələyə yüksəldərək, bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.

 

Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru, YAP fəalı


Digər xəbərlər

0.3520519733429