Ağstafa sakinləri: "Müşfiq Hüseynov vicdanlı insandır və ona inanmaq olar" 

14:25 30-11-2022 | icon 216
Ağstafa sakinləri:

Bir müddətdir ki, Prezident öz vəzifə səlahiyyətlərini icra edə bilməyən icra başçılarından bir neçəsi ilə vidalaşdı. Bir neçə rayona isə yeni icra başçıları təyin etdi. 

Belə icra başçılarından biri də hazırda Ağstafaya rəhbərlik edən Seymur Orucovdur. 2020-ci ildə Ağstafa İH başçısı təyin olunan Seymur Orucov təəssüf ki, burada ümidləri doğrultmur.

Hazırda onun fəaliyyəti dövrü mətbuatda ən çox tənqid olunanlar sırasındadır.

Belə ki, Seymur Orucov ona olan etimadı tamamilə itirib.

Qeyd edək ki, artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilib.

Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların kökündə məhz Seymur Orucovun bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər.

Nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri onun fəaliyyətinə təsir edə biləcək gücə malik deyil.

 Məlumata görə üzə vurmağa cürətləri çatmasa da, rayonun əksər vəzifəli şəxsləri də onun əlindən “qan ağlayır”. 

Tək çarə Hüseynovdur!

Halbuki rayonda vətəndaşların, xalqın etimadını qazanmış, icra başçısı postuna əsl namizəd olan məmur var.

Bu, Ağstafa İH başçısının birinci müavini Müşfiq Hüseynovdur.

Başçıdan fərqli olaraq Hüseynovun adı heç bir korrupsiya qalmaqalında hallanmır. Əhali onun qəbulunda olarkən maksimum kömək etməyə çalışır. Əlbətdə səlahiyyət çox olarsa , idarəetmə ona tapşırılarsa Ağstafa tez bir zamanda ağ günə çıxacaq.

Hər halda rayon sakinləri arasında keçirdiyimiz sorğu bizə belə düşünməyə əsas verir.

Ağstafa sakinlərinin dediyinə görə Müşfiq Hüseynov vicdanlı insandır və ona inanmaq olar.

Hər halda son təyinatlara nəzər yetirsək görərik ki, Cənab Prezident İlham Əliyevin təyin etdiyi şəxslər xüsusi biliyə və bacarığa yiyələnmiş insanlardır.

Hər kəsə məlumdur ki, Müşfiq Hüseynov Ağstafada böyük uğurlara imza atmış birisidir.

Xatırladaq ki, Müşfiq Hüseynov əslən bu rayondandır və burada sadə bir ailədə dünyaya gəlib.

 

Əldə etdiyimiz məlumata görə onun namizədliyinə PA-da artıq baxılır. Məsələ yaxın günlərdə həllini tapmalıdır.

Ağstafa əhalisi bu xəbəri səbirsizliklə gözləyir və gələcəyə ümidlə baxır.


Digər xəbərlər

0.27318096160889