Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi


Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.
Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.
NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.
-
İlham Əliyev Macarıstana getdi - Fotolar + Video
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
“Heydər Əliyev-100” yubiley medalının yaradılması Milli Məclisin işlər planına daxil edilib
...
-
Azərbaycan və Misir Prezidentləri təkbətək görüşdülər
...
-
İlham Əliyev Misir Prezidentini qarşıladı
...
-
Bu ölkələr Azərbaycana başsağlığı verdi - Siyahı
...
-
Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin zəngin irsini təbliğ edəcəklər
...
-
Milli Məclisin İntizam Komissiyası Erkin Qədirlini müzakirəyə çıxara bilər
...
-
“Heydər Əliyev Azərbaycan hüquq islahatlarının banisi kimi” mövzusunda simpozium keçiriləcək
...
-
Erkin Qədirlinin qalmaqallı açıqlamasına - Adil Əliyevdən cavab
...