"Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

09:54 28-11-2022 | icon 1083

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XV turun daha iki oyunu baş tutacaq.

Günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edəcək.

Meydan sahibləri 10 xalla yeddinci, qonaqlar 9 xalla doqquzuncu pillədə qərarlaşıblar. Komandalar indiyədək ölkə çempionatlarında 31 dəfə üz-üzə gəliblər. Bunların 17-də Şamaxı təmsilçisi, 7-də Gəncə klubu qələbə qazanıb. Topların nisbətində də "Şamaxı"nın üstünlüyü var - 53:30.

Günün ikinci görüşündə 40 xalla lider olan "Qarabağ" 22 xalla dördüncü sırada gedən "Zirə"ni sınağa çəkəcək. Tərəflər bu vaxtadək Premyer Liqada 28 dəfə görüşüblər. Bunların 19-da "köhlən atlar" qələbə qazanıbsa, 9 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionu böyük üstünlüyə malikdir - 62:13. "Zirə" indiyədək rəqibinə qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası, XV tur

28 noyabr (bazar ertəsi)

14:00. “Şamaxı” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
“Azersun Arena”

Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

 

Digər xəbərlər

0.27002501487732