Azərbaycan geosiyasətinin reallıqları

19:38 28-11-2022 | icon 906
Azərbaycan geosiyasətinin reallıqları

Prezident İlham Əliyevin 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında Prezident İlham Əliyev çox maraqlı fikirlər söyləyib. O, göstərib ki, artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb.

İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq.

İndi Trans-Balkan boru kəmərini cəlb etmək imkanı var. Bu boru kəmərinin tutumu 3 milyard kubmetrdir. Lakin bunun üçün bizim Türkiyə ilə tranzit razılaşmamız olmalıdır. Müəyyən səbəblər üzündən bu razılığa nail olmasaq, onda Türkiyəyə və Avropaya əlavə qazı təchiz etməklə bağlı bütün planlarımız təhlükə altına düşəcəkdir.

         Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.

            Prezidentin çıxışında Qarabağ regionunun mövcud vəziyyətinə də toxunulib. Ötən əsrin sonlarından başlayaraq günümüzə  qədər beynəlxalq münasibətlərdə müşahidə olunan bir tendensiya var. Belə ki, artıq beynəlxalq qanunlar güclü dövlətlər tərəfindən onların istədiyi anda pozulur. İndi təhlükəsizliyin qarantı olan həmin sazişlər heç bir dövlətə özünü güvənli hiss etməyə imkan vermir. Bir sözlə, beynəlxalq qanunlar nəinki işləmir, hətta ayaq altına atılır. Beynəlxalq razılaşmalarda ikili standartlar mövcuddur. Hazırda güc hüquqdan üstündür. Belə çətin bir şəraitdə narahatlığın geniş müzakirəsinə böyük ehtiyac yaranıb. Deməli, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır.

 

Eyvaz Məmmədov,

ADPU Cəlilabad filialının müəllimi


Digər xəbərlər

0.23786401748657