“Turan Tovuz” “Sabah”a, “Sumqayıt” “Qəbələ”yə qarşı

09:24 29-11-2022 | icon 996
“Turan Tovuz” “Sabah”a, “Sumqayıt” “Qəbələ”yə qarşı

Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək. Tura "Sumqayıt" - "Qəbələ" görüşü ilə vurulacaq.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib, "Kəpəz" Şamaxıda eyniadlı komanda ilə heç-heçə edib - 1:1, "Qarabağ" isə "Zirə"nin müqavimətini qıra bilməyib - 0:0.

Azərbaycan Premyer Liqası, XV tur

29 noyabr

14:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu

16:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”


Digər xəbərlər

0.26138710975647