Mövqelərimiz atəşə tutuldu
Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
-
Xankəndidən xəbər var: Əhali şəhərdən qaçıb
...
-
Separatçıların qondarma hökuməti İrəvana köçürüldü
...
-
Xocavənd istiqamətində düşmən tankları məhv edildi - VİDEO
...
-
Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi
...
-
“Erməni ordusu qəsdən Şuşa meşələrini yandırır”
...
-
Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqladı
...
-
Düşmənə dəqiq zərbələr endirildi - Video
...
-
Düşmənin yüksək rütbəli zabitləri məhv edildi
...
-
Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmənin hücum cəhdinin qarşısı alınıb
...
-
Zəngilanda erməni xüsusi təyinatlıları darmadağın edildi - Video
...