Səttar Möhbalıyev: “Fransa Milli Assambleyasının qətnaməsi bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır”

23:03 01-12-2022 | icon 404
Səttar Möhbalıyev: “Fransa Milli Assambleyasının qətnaməsi bu ölkənin Azərbaycana qarşı növbəti təxribatıdır”

“Fransa Senatının ardınca bu ölkənin Milli Assambleyasının da Azərbaycana
qarşı qəbul etdiyi qətnamə son dərəcə riyakar xarakter daşıyır, ədalətsiz bir
qərardır, əsasən regionda sabtliyi pozmağa və gərginliyi artırmağa bir cəhddir.
Bu, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli bir qərar
olmaqla beynəlxalq hüququn norma və prinsiplərinə böyük hörmətsizlikdir”.
Bunu Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya)
Azərbaycan əleyhinə qəbul edilmiş qətnamayə münasibət bildirərkən
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
“Münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün aparılan
danışıqlar fonunda qəbul edilmiş bu tipli yersiz qərarlar, təbii ki, prosesin
əngələnməsinə hesablanıb. Həmin qətnaməyə səs verən hər bir şəxs bilməlidir
ki, Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur, daim mehriban
qonşuluq prinsiplərinə üstünlük verib, hətta özü uzun illər işğalla üzləşib,
təcavüzkarlara qarşı mübarizə aparıb. Bu gün Azərbaycanın əsl niyyəti regionda
davamlı sülh və sabitliyə nail olmaqdır. Amma yeri gəldi-gəlmədi Fransanın
canfəşanlıqla prosesə müdaxiləsi, qeyri-obyektiv bəyanatlar verməsi, qərəzli
qətnamələr qəbul etməsi bu ölkənin ədalətsiz mövqeyini ortaya qoyur, - Milli
Məclisin deputatı deyib.
AHİK sədri bildirib ki, Fransa bu cür yanaşmaları ilə getdikcə özünü beynəlxalq
ictimaiyyətin gözündən salır, dünyada nüfuzunu itirir: “Fransasayağı ölkələri
çıxmaqla, bu gün dünyanın əsas aparıcı dövlətləri qalib Azərbaycanın haqq işini
müdafiə edir, dünya üçün əhəmiyyətini anlayır. Belə bir məqamda nə Fransa
Senatının, nə də Milli Assambleyasının qəbul etdiyi yalan və iftra dolu
qətnamələrinin heç bir anlamı və siyasi gücü yoxdur. Bilməlidirlər ki,

Azərbaycan güclü bir dövlətdir, regionda böyük söz sahibidir. Bu cür
qətnamələrlə Azərbaycanın ədalətli mövqeyinə, haqq işinə təsir göstərmək
mümükün deyil, necə ki, bu, indiyə qədər mümkün olmayıb və omayacaq da”.


Digər xəbərlər

0.31875610351562