AHİK-in rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıb

11:25 12-12-2022 | icon 685
AHİK-in rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıb

Dövlətimizin qurucusu və banisi, xalqımızın xilaskar oğlu Heydər Əliyevin
anım günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in rəhbərliyi
və kollektivi, həmçinin üzv və tabe təşkilatların sədirləri Fəxri xiyabanda
əbədiyaşar liderin məzarını ziyarət ediblər.


Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla yad
edilib.


Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri
düzülüb.


Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan
Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.


Digər xəbərlər

0.28112983703613