Qurban Qurbanovun oğlu Polşa klubunun hədəfində

18:37 14-12-2022 | icon 774
Qurban Qurbanovun oğlu Polşa klubunun hədəfində

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu, Ağdamlıların baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər.

Bu ölkənin “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi Qurbanlını heyətinə cəlb etmək istəyir. Yeganə problem kimi gənc forvardın “Qarabağ”la müqaviləsinin 2024-cü ilin yayına qədər qüvvədə olması göstərilib. Lakin vurğulanıb ki, “Poqon” onun transferi müqabilində Azərbaycan çempionuna təzminat ödəməyə razıdır.

Xatırladaq ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qola imza atıb.


Digər xəbərlər

0.22173690795898