Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib

17:00 16-12-2022 | icon 942
Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib

İlk öncə xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10
noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də 4-cü
bəndə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən
çıxarılmadığı, 6-cı bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də
qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bəndə zidd olaraq bölgədə
bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədildiyi dəfələrlə
tərəfimizdən bəyan edilib.
Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar
böhran təhdidi ilə üzləşdikləri barədə iddialara gəldikdə qeyd edək ki, Laçın yolu
azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində
müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən
bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar
ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası
yoxdur.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının
Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya
sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni
iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı
narazılığının nəticəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bir neçə gün əvvəl məlumat verildiyi
kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli
gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının
nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar
aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz
istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın
aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin
nəticələrinin aradan qaldırılması tələb olunub.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların
qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək
cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib. Bütün bunlar, Azərbaycan xalqının
etirazına səbəb olub.
Bununla yanaşı, Azərbaycanı “beynəlxalq hüququ pozmaqda”, “etnik
təmizləmədə”, “soyqırım siyasətində” ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki,
beynəlxalq hüququn bütün norma və prinsiplərini pozan, 30 ilə yaxın Azərbaycan
ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın
digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyona yaxın
azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal
siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan
ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır.
Qeyd olunmalıdır ki, məhz Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş
minaların ərazilərimizə daşınması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının
davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri
qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Məhz
Ermənistanın davam edən təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsinin başa
çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib,

onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər
mülki şəxsdir.
“Ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq
mexanizmin yaradılması” barədə əsassız çağırışlara gəldikdə, qeyd edək ki,
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi
məsələsi Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və
bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan
Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və
Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.
Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə
gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və
bütövlüyünü qanuni əsaslarla təmin edir.
Ermənistan tərəfi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat
və addımlara son qoymalıdır.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.23911690711975