Argentina millisi üçqat dünya çempionu oldu

23:44 18-12-2022 | icon 1013
Argentina millisi üçqat dünya çempionu oldu

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

***

Matç başladı. 

***
Argentina hesabı açdı. Lionel Messi 23-cü dəqiqədə penaltidən fərqləndi.

***

Argentina hesabı 2:0 etdi. Anhel Di Mariya 36-cı dəqiqədə fərqlənir. 

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

 
 

Fransa 80-ci dəqiqədə fərqlənir. Mbappe penaltidən fərqlənir.

***

Kilyan Mbappe hesabı bərabərləşdirdi. Kilyan Mbappe 82-ci dəqiqədə fərqlənir.

***

Görüşün əsas vaxtı bitdi. Matç əlavə vaxta gedəcək.

***

Əlavə vaxtın ilk hissəsi başladı.

***
Əlavə olunmuş ilk hissə bitdi.

***

Əlavə olunmuş ikinci hissə başladı.

***

Argentina 109-cu dəqiqədə hesabı 3:2 edir. Lionel Messi fərqlənir.

***

Mbappe hesabı 3:3 edir. O, 117-ci dəqiqədə penaltidən fərqlənir.

***

Matç bitdi. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfə dünya çempionu oldu. 


Digər xəbərlər

0.25154805183411