Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

10:45 20-12-2022 | icon 1623
Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

Beyləqanda qumar mərasimi iştirakçıları saxlanılıb.

 
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib. Qərara əsasən, 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.

Məlumata görə, hadisə S.Mehdiyevin övladının kiçik toy mərasimi ilə əlaqədar keçirilən “ciyəraxşamı” mərasimində baş verib. Həbs edilən S.Mehdiyevin övladının bu gün kiçik toy mərasimidir.(qafqazinfo)


Digər xəbərlər

0.30657196044922