Qadınların ağırlıqaldırma yarışında rekord qeydə alındı
Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, yarışda artıq ilk rekord qeydə alınıb.
Yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağırlıqqaldırma tarixində bir ilkdir.
Bu günə qədər Respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağırlıq qaldıran iştirak etməmişdi. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.
Daha bir ilk hakimliklə bağlıdır. Respublika dərəcəli ağırlıqqaldırma turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağırlıqqaldıran, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3 qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...