Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

10:51 28-12-2022 | icon 871
Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

24 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan
İcmasının ziyalıları ilə görüşü keçirilmişdir.
Dövlət başçımız görüş zamanı çıxışında bildirmişdir ki, “ Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi
xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki,
ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini
abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini
silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var,
xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən
xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki
Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə
ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər
başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və
nəticəyə hesablanmış tərzdə aparacaqdır. Qərbi Azərbaycandan olan
soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi
Azərbaycana qayıdacaqlar"
Xüsusilə qeyd etmişdir ki, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq
üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir.
Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma
torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox
böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq
Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı
Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu,
xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu
bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu,
sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına
qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi,
vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır.
Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından
olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış
on minlərlə azərbaycanlı da həlak olmuşdur. Azərbaycan İkinci Dünya
müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynamışdır.
Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi.
Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü
yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi.

Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə
də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti
deportasiyaya məruz qalmışdır.
Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz
tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi
hadisələrdən ibrət götürməyə çağırır.
Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Azərbaycan Prezidentinin
görüşü tarixi bir hadisədir. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistanla
bağlı söylədiyi tarixi faktlar var ki, bu faktlar əsaslı bir şəkildə ziyalılarımızın
tarixdə saxtalaşdırılmış müəyyən məsələlərə yeni gözlə baxmasını və onların
doğrusunu ortaya çıxarmasını tələb edir. Bir neçə il öncə Prezidentin özü də
söyləmişdir ki, bizim İrəvan şəhəri Azərbaycan cümhuriyyətinin ilk günlərində
ermənilərə güzəştə gedilib. Bu da çox böyük bir xəyanətdir. Eyni zamanda
ermənilərin Cənubi Qafqaza köçürülməsi, ermənilərin tarixi vətənləri ilə bağlı
elmi məlumatlar mövcuddur. Ermənilərin vaxtı ilə Qərbi Azərbaycan
ərazilərində yaşaması iddiaları erməni mifologiyasıdır.
Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması, bunun ardınca
onların torpaqlarımızı işğal etmək fikrinə düşməsi və öz hamiləri sayəsində bu
mənfur arzularını gerçəkləşdirmələri real tarixdir və bu tarix yazılmalıdır.
Prezident İlham Əliyev bu görüşdə çox mühüm bir faktı da xatırlatdı. Bir
vaxtlar azərbaycanlıların yaşadığı indiki Ermənistan adlanan ərazidən onların
müxtəlif illərdə deportasiya olunması faktları məlumdur. Həmçinin, o da
məlumdur ki, bu gün Göyçə, Vedi, Dərələyəz kimi kəndlərimizdə ermənilər
yaşamırlar. Yəni həmin ərazilərdə vaxtı ilə Azərbaycanlıların yaşadırları kəndlər
boşdur, onlaı xaraba qoyublar. Bu da azərbaycanlılarin Qərbi Azərbaycandakı
torpaqlarına qayıtmasını labüd edir.
Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas strateji məqsəd də məhz
bu qayıdışın təmin edilməsidir.

Bəyaz Mirzəyeva
Saatlı rayonu Kamallı kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.23297119140625