Xalqı birləşdirən Qələbə

09:41 05-01-2023 | icon 838
Xalqı birləşdirən Qələbə

Həmrəylik günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol
oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün
dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca
çevrilmişdir.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya
azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul
edilmişdir.
Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da
gücləndirmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul
tarixli Fərman imzaladı. Bu Fərmanla da Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət
Komitəsi) yaradıldı. Yeni fərman müxtəlif ölkələrdə azərbaycanlılarının milli
birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Dünya
azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu
öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş
gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən
həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları
ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr
verirdi.
Hazırda Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini uğurla
davam etdirir. Hələ 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk
diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların
həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin
türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə
düşmüşdür.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi
dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Bu birlik 44 günlük şanlı Vətən müharibəsi zamanı özünü daha parlaq
şəkildə göründü. Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq
şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu.
Düşmənə sipər olan qəhrəman, qüdrətli və qalib Ordumuz xalqın həmrəyliyi,
mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində tarixi qələbə qazandı.
Xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş
etdirdikləri həmrəylik özü də ayrı bir tarix yazdı.
44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız
yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla
kifayətlənməmişlər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və

qazilərimizə maddi dəstək göstərilməsini də diqqətdə saxlamışlar. Könüllü
şəkildə yığılan maddi vəsaitlər birbaşa olaraq öz ünvanına çatdırılımışdır.
Birliyimiz gücümüz, inkişafımızın qaynağıdır. Hər zaman bir olub
həmrəyliyimizi nümayiş etdirməli, xalqımızı uğurlu gələcəyə daşımalıyıq.
Vətənin taleyi hər bir vətəndaşın taleyidir. Bu tale bizə elə zəmanədə, elə
geosiyasi bir məkanda yaşamağı qismət edib ki, tarixi-mənəvi ucalığımızın
mühafizəsi indiki kimi aktual olmayıb. Bizim gücümüz, qüdrətimiz milli
birliyimizdədir və bu amilin alternativi yoxdur. Qədim, yeni, və ən yeni
tariximizin olayları, Atropatdan, Cavanşirdən, Şah İsmayıldan Heydər
Əliyevədək keçilmiş yol bunun sübutudur. Dünya azərbaycanlılarının bir etnik-
siyasi toplum kimi tanınmasının ilkin şərti isə azərbaycançılıq ideologiyasıdır.
Son onilliklərdə birlik və həmrəylik problemlərinin dövlət siyasəti
səviyyəsinə qaldırılması milli özünüdərk prosesinin formalaşdırılmasında
möhkəm dayaq rolunu oynayıb. II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan
soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına
qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. II
Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli
mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik
nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin
yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham
Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə
ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı
uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz
rəhbərinin ətrafında daha sıx birləşdirdi.
  Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində deyib: “Sentyabrın 27-
də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq
Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan
Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır
məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli
dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər
xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik
fəaliyyət sayəsində əldə edilmişdir”.
Harada yaşamasından asılı olmayaraq, birlik-qələbə ideologiyaya xidmət
etmək hər birimizin, hər bir soydaşımızın və həmvətənimizin şərəf işi,
müqəddəs missiyasıdır. Vətən öz övladlarının nəfəsi və qanı ilə yaşayır.

Zülfiyyə Əzimova

Saatlı rayonu Qırağlı kənd ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.24362301826477