Səttar Möhbalıyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir”

19:04 05-01-2023 | icon 1228
Səttar Möhbalıyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir”

“Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi
dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir.
Davamlı olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə
vətəndaşların layiqli həyat şəraiti təmin edilir. Bu istiqamətdə müntəzəm
xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan vətəndaşı öz həyatında
hiss edir. Statistikaya nəzər salsaq, görərik ki, 2021-ci ildə orta aylıq nominal
əməkhaqqı 2003-cü ilə nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə
13,9 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum
məbləği 10,0 dəfə yüksəlib. Bu, onu göstəricisidir ki, əhalinin sosial
müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet
istiqamətlərindəndir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il yanavarın 5-də imzaladığı
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında”
sərəncam həyata keçirilən sosial islahatların davamıdır: “Sərəncamla minimum
aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 faiz artırılaraq 345 manata
yüksəlib. Həmçinin sərəncama əsasən, minimum pensiya 280 manata
çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bu da əhalinin güzəranının daha
da yaxşılaşmasına gətirib çıxaracaq”.
AHİK sədri əlavə edib ki, son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq
130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan
280 manata çatdırılıb: “Ümumilikdə əməkhaqlarının, pensiyaların,
müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm

olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi gücünü və sürətli inkişafını
göstərir”.


Digər xəbərlər

0.22058796882629