Cəlilabadda qarla bağlı bu işlər görülüb - Fotolar
Yanvarın 8-i gecə saatlarından etibarən Cəlilabadda hava şəraiti kəskin dəyişib, güclü qar yağmağa başlayıb.
Cəlilabad şəhərində 15-20 santimetr qalınlığında olan qar rayonun ucqar kəndlərində 25-30 santimetrə çatıb. Yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranmış kəsilmələr, xüsusilə 35 kilovotluq “Ləkin” hava xəttində baş vermiş qəza qısa müddət ərzində bərpa edilib.
Qarlı hava şəraiti Cəlilabadın avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən qarın ən çox yağdığı ərazilərində vəziyyətə nəzarət edilir. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. “46 saylı Yol İstismarı” MMC-yə məxsus texnika və canlı qüvvə gecədən rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsi ilə məşğuldur. Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə səhər tezdən başlayaraq güclü qar örtüyü olan və buz bağlaması ehtimal edilən yollar qardan təmizlənir, yollara qum səpilib. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin edilib.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun ucqar Əsədli, Musalı, Ləkin, Şatırlı və digər kəndlərində olmuş, magistral yollarda və Cəlilabad şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə görülən işlərlə maraqlanıb, zəruri tədbirlərin görülməsi ilə bağlı yerində tapşırıqlar verib.
Hazırda rayon ərazisində qarın yağması davam edir, soyuq hava şəraiti müşahidə olunur.
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...