Prezident: biz Ermənistanla məsələni həll etmişik

19:59 14-01-2023 | icon 747
Prezident: biz Ermənistanla məsələni həll etmişik

          Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində Prezident İlham Əliyev deyib ki, Ermənistan silaha əbəs yerə vəsait xərcləyir. Çünki birincisi, bu onlara kömək etməyəcək, ikincisi revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. Əfsuslar olsun ki, Hindistan Ermənistana silah verməyə hazırlaşır. Bu qeyri-dost addım kimi qiymətləndirilməlidir. Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq.

         İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.

        Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. Komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrimizinsayını ən azı iki dəfə artırmışıq və artıracağıq.Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq.

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Digər tərəfdən, hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq.

Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir. Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Dövlət başçısı, Ali Baş Komandan əminliyini bildirib ki,  üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır.

Xumarə Xəlilova,

Cəlilabad Qadın Resurs Mərkəzinin koordinatoru


Digər xəbərlər

0.29336619377136