Azərbaycan nefti 1% ucuzlaşıb

10:51 17-01-2023 | icon 1247
Azərbaycan nefti 1% ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri yenidən dəyişib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 0,24% artaraq, 1 barelə görə 84,66 dollar təşkil edib.

 
 

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% azalaraq, 79,56 dollar olub.

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 0,91 ABŞ dolları, yaxud 1% azalaraq 90,35 ABŞ dolları təşkil edib.


Digər xəbərlər

0.2795557975769