Vatsapdan daha bir yeni funksiya

17:34 17-01-2023 | icon 859
Vatsapdan daha bir yeni funksiya

Vatsap mesencerində “Android” istifadəçiləri üçün yeni funksiya işə salınacaq.

Bu barədə məlumatı “WABetaInfo” portalı yayıb. 

  
 
 
 

Məlumata görə, artıq istifadəçilər onları narahat edən və yaxud naməlum nömrələri daha sürətlə blok etmək imkanına sahib olacaqlar. Belə ki, bu funksiyadan birbaşa olaraq çat siyahısında istifadə etmək mümkün olacaq. 

Bildirilir ki, blok düyməsi naməlum və etibarsız nömrələrdən mesajlar gəldikdə ekrana çıxacaq. Hazırda yeni funksiya üzərində işlər davam etdirilir və tətbiqetmənin növbəti yenilənmələrində işə salınacaq.


Digər xəbərlər

0.25874400138855