Xırdalan şəhər 8 saylı tam orta məktəb təhsildə böyük uğurlar qazanır

10:02 30-01-2023 | icon 188
Xırdalan şəhər 8 saylı tam orta məktəb təhsildə böyük uğurlar qazanır

Müəllim adı dünyada ən şərəfli və müqəddəs addır. Alimləri, həkimləri, şairləri, neçə-neçə sənət adamlarını göylərə ucaldan müəllim peşəsi... Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir.

Azərbaycanda müəllimlərin hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.

Dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında müəllimin rolu əvəzedilməzdir desək, bəlkə də yanılmarıq. Çünki, nəzərə alsaq ki, müəllim ilk növbədə həm də valideyndir və ailədə uşaqların tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman, müəllimin xalqın gələcəyi sayılan gənc nəslin formalaşmasındakı rolu hər birimizə aydın olar. Digər tərəfdən, tarixdə bir sıra faktlar var ki, həlledici məqamlarda müəllimlərin hər hansı bir məsələyə müdaxiləsi olduqca mühüm əhəmiyyətə malik olub. Bu, Azərbaycan tarixində də var. Xalqımızın dövlətinin varlığını qorumaq üçün yüksək səviyyədə çıxış edən müəllimlərimiz olub.

Belə şəxslərdən biri də təcrübəli pedaqoq, ziyalı bir insan, Xırdalan şəhər 8 saylı tam orta məktəbin direktoru Mehriban Sultanovadır.

Bu gün ölkəmizdə təhsilə verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı təhsilimizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Mehriban müəllimənin rəhbərlik etdiyi  məktəb də belə nümunəvi təhsil müəsəssidir.

Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir.

Görülən işlər nəticəsində burada şagirdlərin yüksək təhsil alması, pedoqoji kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Direktor Mehriban Sultanova burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Məktəb kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl kollektivlərindən birinə çevrilib. Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir.

O, hər gün kollektivlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə yanaşır.

Məktəbdə müəllim heyəti və şagirdlər arasında nizam- intizam da olduqca yüksək səviyyədədir.

 Bu günlərdə məktəbdə oldum. Məktəbin divarları təhsillə bağlı bir-birindən maraqlı plakatlarla bəzədilmişdi. 

Mehriban müəllimə bildirdi ki, burada yalnız "4" və "5" qiymətlərlə oxuyan şagirdlər təhsil alırlar.

Direktor qeyd etdi ki, çalışıb bu uğuru hər il əlimizdə saxlayacağıq. Buna bizim hər tərəfli imkanımız var.


Digər xəbərlər

0.68037486076355