Ziniyət Tağıyeva -Qabaqcil təhsil işçisi

09:52 30-01-2023 | icon 96
Ziniyət Tağıyeva -Qabaqcil təhsil işçisi

Dövlətin, xalqın etibar et­diyi vəzifə ilə el-oba qarşısındakı məsuliyyəti uğurla uzlaşdırıb böyük hörmət və nüfuz qazanan insanlar çox olub. Belə insanlardan söz düşəndə yadıma ilk düşənlərdən biri də Binəqədi rayon 182 saylı tam orta məktəbin direktoru Ziniyət Tağıyevadır.

Bu gün ölkəmizdə təhsilə verilən önəm, bu sahələrə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı təhsilimizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür.

Binəqədi rayon 182 saylı tam orta məktəb də belə nümunəvi təhsil müəsəssidir.

Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir. Azərbaycan prezidentinin təhsil ocaqlarının yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, burada də yenidənqurma işləri həyata keçirildi, ən müasir avadanlıqlarla təchiz olundu.

Ziniyət Tağıyeva uzun illərin təcrübəli pedaqoqudur.  Hər zaman rəhbərliyin ona göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib.

Ziniyət müəllimə dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən şəxslərdəndir.

 O, əsl xalqa xidmət nümunəsi olan Ulu Ondər Heydər Əliyev və onun siyasi irsini ləyaqətlə davam və inkişaf etdirən Prezident Cənab İlham Əliyevin yürütdüyü siyasətə xidmət edir və Dövlət başçısının göstərdiyi nümunəvi idarəçiliyi, ona göstərilən yüksək etimada layiq olmağa çalışır.

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə həsr edən Ziniyət Tağıyevanın əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib.

Yorulmadan çalışır, zəhmət çəkir. Hər kəsə bəllidir ki, Ziniyət müəllimə xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı:

Onun “Nəhayət ki, 30 ildən sonra Qarabağımız şərəfsiz, vandal, quldur erməni işğalçılarından təmizləndi. Bu qələbə sevincini bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah, Prezidentimizin rəhbərliyi ilə Qarabağı dirçəldəcəyik. Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun. Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Qarabağ bizə, biz də Qarabağa qovuşduq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri bu sevinc hisslərinin təzahürü idi.


Digər xəbərlər

0.34646582603455