Qanunun aliliyi və mütərəqqiliyi cəmiyyəti irəliyə aparan yeganə yoldur  

13:11 18-01-2023 | icon 567
Qanunun aliliyi və mütərəqqiliyi cəmiyyəti irəliyə aparan yeganə yoldur
 

      Son 19 ildə ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyi, bu istiqamətdə ardıcıl və sistemli addımlar atıldığı beynəlxalq aləmdə də etiraf olunur. 2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və bu istiqamətdə bütün imkanlardan istifadə olundu.

        Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi tarixi Qələbəmizin qazanılmasında mühüm əhəmiyyət kəsb etdi. İslahatlar qanunların daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması zərurətini də yaratdı. Bu yolda ən mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu.Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.

       Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb.

 

Mübariz Kərimov,

Cəlilabad rayon Bəcirəvan kənd

tam orta məktəbinin direktoru


Digər xəbərlər

0.26331996917725