“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı bir sıra yeniliklər təmin edilib

13:42 19-01-2023 | icon 911
“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı bir sıra yeniliklər təmin edilib

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il
bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan
yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin
təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını
zəruri etmişdir.  “Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən
məqamları çoxdur. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların
sərbəst fəaliyyətinə təminat verilir. Dövlət siyasi partiyaların təsis edilməsi
və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni
mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat
verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi
siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Dövlət büdcəsinin vəsaiti
hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli
özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların
fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının
Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi
partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında
(qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində,
həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq
mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən
asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin
filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti
qadağandır. Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil
etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar
qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə
nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş
subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın
adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına
görə cavabdehlik daşıyacaq. Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi
nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə
bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş
sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap
mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya
təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. 

Siyasi partiya dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə
orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin
sahibkarlıq fəaliyyətinə müdaxilə etməməlidir. Əvvəlki Qanundan fərqli
olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının
iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin
rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi
vasitəsilə keçirilməsinə yol verilir. Yeni qanunun tələbi ilə siyasi partiya
üzvlərinin reyestrini aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş
vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək)
Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək. Siyasi partiya qəbul etdiyi
ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan
maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən
bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.
Yeniliklərdən biri də siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi
ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında
Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış
müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin
edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur. Siyasi partiya
tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-
dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilir. Maliyyə hesabatı müvafiq qaydada təqdim
edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə
yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda
siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 1 il ərzində
dövlət maliyyə yardımı ödənilməyəcək. Şəffaflıq üçün siyasi partiyaya
ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama
Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması
Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Yeni Qanun
qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin
Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının
5000 çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək
Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün
müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində
çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində
nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı,
proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və
proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı
Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. 
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.28663802146912