İlham Əliyev AYİB-in birinci vitse-prezidenti ilə görüşdü

13:55 19-01-2023 | icon 990
İlham Əliyev AYİB-in birinci vitse-prezidenti ilə görüşdü

Yanvarın 19-da Prezident İlham Əliyevin Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyi vurğulanıb. Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsi xüsusi qeyd edilib. Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

0.28305816650391