Canni De Byazi: “Milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevlə danışmalıyam”
“Milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevin özü ilə danışmalıyam”.
Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyevin yığmaya çağırılması ehtimalını dəyərləndirərkən deyib.
İtaliyalı mütəxəssis “CBC Sport” kanalına açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində oynamaq istəyi ilə bağlı fikirlərini eşitdiyini söyləyib: “Onun bu sözləri məni sevindirir. Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər, yığmaya rəğbət göstərsinlər. Millinin formasını geyinənlər bu ada yaraşan futbolçular olmalıdır”.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...