AHİK İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb

21:18 21-01-2023 | icon 813
AHİK İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə
Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə
əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycanının günü-gündən inkişafı, iqtisadi qüdrətinin davamlı olaraq
yüksəlməsi, regionda lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun
artması, həmçinin 30 illik işğala son qoyaraq bölgənin tərəqqisini hədəfləyən
yeni reallıqlar yaratması əsasən nümayiş etdirdikləri qərəzli mövqeləri ilə
gündəmə gələn bir sıra dairələri ciddi narahat etməyə başlayıb. Bu səbəbdən
onlar hərəkətə keçərək ölkəmizə qarşı böhtan və qərəzli qətnamələrin qəbul
olunmasına, sərsəm bəyanatların verilməsinə çalışır, tirajladıqları yalan
informasiyalarla Azərbaycanı şərləyərək gözdən salmağa cəhd edirlər. Belə
cəhdləri biz və bütün dünya ictimaiyyəti uzun illər davam etmiş, bu gün isə artıq
tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsi zamanı görmüşük. Keçmiş
Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində yalnız sülh yolu
ilə həll edilməsi üçün bütün imkanlara əl atmış Azərbaycan dövləti ikili
standartlarla, təzyiqlərlə üz-üzə qaldı. Məsələn, Avropa Parlamenti Azərbaycan
torpaqlarını işğal edən Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı,
ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4
qətnaməsini gözardına vurdu. Həmçinin təcavüzkar Ermənistana hər cür maddi-
mənəvi dəstək göstərildi.
Avropa Parlamentinin bu il yanvarın 19-da qəbul olunmuş qətnaməsi də
ikili standartlar oynunun davamıdır. Belə ki, qurumun sənədində reallıqdan
birmənalı şəkildə uzaq, yalnız böhtan xarakterli Azərbaycan əleyhinə bəndlər
yer alıb. Yalan üzərində qurulmuş qətnamədə iddia olunur ki, güya Azərbaycan
Ermənistana hərbi təcavüz edib, Laçın yolu “blokada”dadır. Eyni zamanda
sənəddə acı gülüş doğuran məqam isə tamamilə hörmətdən düşmüş və tarixin
arxivinə gömülmüş “Madrid prinsipləri”nə istinadlardır.

Biz - AHİK-in İcraiyyə Komitəsi Azərbaycan həmkarlar ittifaqları adından bu
qətnaməni birmənalı şəkildə rədd edir, məsuliyyətsiz və ədalətsiz olduğu üçün
buna qəti şəkildə etirazımızı bildiririk.
Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar edilir və digər
ölkələrə daşınır. Həmçinin həmin ərazilərdə ekoloji vəziyyət son dərəcə ağırdır.
Bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata
keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının
nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik
törədilməsi tamamilə qanundan kənardır. Azərbaycan vətəndaş cəmiyyəti
nümayəndələri və ekoloqlar bu səbəbdən Şuşa-Laçın yolunda heç bir siyasi
məqsəd daşımayan humanitar əsaslarla etiraz aksiyası keçirirlər. Aksiya
ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir. Belə ki, Rusiya
sülhməramlılarının humanitar yükləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin
nümayəndələri, həmçinin Qarabağda yaşayan ermənilər, o cümlədən uşaqlar və
xəstələr ərazidən sərbəst keçə bilirlər. Bir sözlə, Laçın-Xankəndi yolunun
bağlanması, təminat avtomobillərinin buraxılmaması ilə bağlı yayılan xəbərlər
dezinformasiyadır. Buna görə də avropalı parlamentariləri dəqiq olmağa
çağırırıq.
Avropa Parlamenti nümayəndələrinin diqqətinə çatdırırıq ki,
Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra
Ermənistan tərəfi təcəvüzkar siyasətini davam etdirməyə cəhd edərək
beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycan, Ermənistan və Rusiya
liderləri arasında imzalanmış üçtərəfli bəyanatları, həmçinin əldə olunmuş digər
razılaşmaları kobud şəkildə pozmaqla müxtəlif hərbi təxribatlar törədib.
Təcavüzkar dövlətin belə əməllərinə, təbii ki, cavab vermək, təhlükə doğuran
legitim hədəfləri məhv etmək, ərazi bütövlüyünün təhlükəsizliyini qorumaq
Azərbaycan dövlətin suveren hüququdur.

Görəsən, Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran
Avropa Parlamenti niyə mina terroru nəticəsində 300-ə qədər Azərbaycan
vətəndaşının həlak olmasına görə Ermənistanı ittiham etmir, Ermənistan
qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmamasına münasibət
bildirmir, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də
açılmamasına göz yumur. Bəs Avropa Parlamenti görmür ki, Azərbaycanın 8
kənddi hələ də işğal altındadır?! Həqiqətən də, məsələlərə bu cür qərəzli və
qeyri-obyektiv yanaşma tərzi ümumilikdə Avropanı gözdən salan
məqamlardandır.
O ki qaldı “Madrid prinsipləri”nə, bunu yuxarda əbəs yerə gülüş doğuran
məqam adlandırmadıq. Görünən odur ki, Ermənistan tərəfi Avropa
Parlamentinə nisbətən daha realdır, vəziyyəti qismən də olsa, anlayaraq
“Madrid prinsipləri”nə qayıtmağın mümkünsüzlüyünü başa düşür. Bu
vəziyyətdə Avropa Parlamentinin tarixə baş vuraraq toz basmış “Madrid
prinsipləri”ni vərəqləməsi...
Biz Azərbaycan həmkarlar ittifaqları adından Avropa Parlamentinin
nümayəndələrini məsələlərə münasibət bildirərkən, mühüm qərarlar qəbul
edərkən ədalətli olmağa, real vəziyyəti nəzərə almağa çağırırıq. Hələ də
davam edən ikili standartlardan əl çəksinlər, regionda Azərbaycanın sülh
və əmkdaşlığa əsaslanan hədəflərini düzgün qiymətləndirsinlər, erməni
lobbisinin və ermənipərəst qüvvələrin təsiri altına düşməsinlər”.

AHİK-in İcraiyyə Komitəsinin üzvləri:
AHİK-in sədri, millət vəkili S.Möhbalıyev
AHİK sədrinin I müavini İ.Əliyev
AHİK sədrinin müavini A.Dadaşov
AHİK sədrinin müavini C.Alxasov

AHİK sədrinin müavini Ə.Ağasiyev
AHİK sədrinin müavini H.Osmanov
Aviasiya İşçiləri HİRK-in sədri M.Əsədov
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı
İşçiləri Hİ-nin sədri H.Kərimov
Azərbaycan Milli Elmlər Akademiyası
İşçiləri Azad Hİ-nin sədri H.Qurbanov
Bələdiyyə İşçiləri HİRK-in sədri M.Xəlilov
«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri A.Abbasov
Dəmiryolçuların Müstəqil HİRK-in sədri F.Bağırov
Dəniz Nəqliyyatı İşçiləri
HİRK-in sədri S.Allahverdiyev
Elektroenergetika və Elektrotexnika
Sənayesi İşçiləri HİRK-in sədri M.Mirzəyev
Fövqəladə Hallar Nazirliyi İşçiləri
HİK-in sədri M.İsmayılov
Gömrük İşçiləri Həmkarlar İttifaqı
Birliyinin sədri R.Namazov
"Xidmət-İş» Hİ Federasiyasının
vitse-prezidenti C.İsmayılov
"İnşaat-İş" Hİ-in sədri U.Hüseynov
Su Təsərrüfatı İşçiləri HİRK-in sədri A.Məmmədov
"Kənd-Qida-İş" Hİ
Federasiyasının sədri T.Quliyev
Metal İşçiləri Hİ Federasiyasının
prezidenti B.Yusifov
Mədəniyyət İşçiləri HİRK-in sədri A.Atakişiyev
Müdafiə Sənayesi İşçiləri
HİRK-in sədri S.Mahmudov

Metropoliten İşçiləri Hİ-in sədri A.Mərdanov
Naxçıvan Muxtar Respublikası
Hİ Şurasının sədri A.İbrahimov
Neft və Qaz Sənayesi İşçiləri
HİRK-in sədri C.Əliyev
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək
Texnologiya İşçiləri HİRK-in sədri R.Səfərov
Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye
İşçilərinin HİRK-in sədri M.Salmanov
Səhiyyə İşçiləri HİRK-in sədri E.Əfəndiyev
Təbii Sərvətlər və Ekologiya İşçiləri
HİRK-in sədri T.Quliyev
Təhsil İşçiləri Azad HİRK sədrinin
birinci müavini H.Nağıyev
Yerli Sənaye və Kommunal Məişət
Müəssisələri İşçilərinin HİRK-in sədri T.Hacıyev


Digər xəbərlər

0.32205700874329