Movahed Nejad Omid: "Qələbə seriyamızı davam etdirmək istəyirdik"

11:29 23-01-2023 | icon 929
Movahed Nejad Omid:

Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turunda lider "NTD"BK-a qalib gələn "Neftçi İK"-in baş məşqçisi Movahed Nejad Omid Azeripress.az-a oyun haqda fikirlərini bildirib. 

Təcrübəli məşqçi bu oyunun onlar üçün vacib olduğunu qeyd edib:

"Turnir cədvəlinin ilk pilləsində qərarlaşmış komandaya qarşı oynayırdıq. Qələbə seriyamızı davam etdirmək istəyirdik. Hər növbəti tur daha yaxşı oynayırıq. Rəqiblər də bunu görürlər. Bu gün həm müdafiədə, həm hücumda yaxşı oynadıq. Artıq bu oyun bitdi və sabahdan növbəti oyuna hazırlaşacağıq.

Mən elə düşünürəm ki, gün keçdikcə daha yaxşı olacağıq. Hər gün məşq edirik,əziyyət çəkirik. Sabah da məşqimiz var. Növbəti oyunlarda daha yaxşı olacağımıza ümid edirəm. Çalışırıq ki, müdafiə yaxşı vəziyyətdə olsun. Hazırda müdafiəmizdən razıyam və növbəti oyuna hazırıq.

O ki, qaldı hakimliyə, bu haqda çox danışmaq istəməzdim. Bu, bir oyundur. Mən öz işimi görürəm, hakim də öz işini". 


Digər xəbərlər

0.26124215126038