Azərbaycanda investisiya mühiti çox müsbətdir

10:41 23-01-2023 | icon 109
Azərbaycanda investisiya mühiti çox müsbətdir

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi
Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.
Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global
Television Network) televiziya kanalına müsahibəsi zamanı Çinin dövlət başçısı Si Cinpin
ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi
“Çinin böyük dostu” adlandırmasını xatırlatdı. Dövlət başçısı bildirdi ki, Çin və Azərbaycan
yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Əməkdaşlıq
üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər
artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim
beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin
ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. İqtisadi əməkdaşlıq əlaqələri durmadan
artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycan enerji,
kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir.
İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun
illərdir ki, fəaliyyət göstərir.
Müsahibə zamanı sualları cavablandıran dövlət başçısı “Bir kəmər, bir yol” təşəbbüsü indi
çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs olduğunu
vurğuladı. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud
olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər
dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15
milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri
daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif
marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. Açıq dənizə çıxışı
olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi.
Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək
niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər
mövcuddur. Bu səylər birləşməlidir. Bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas
prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji
mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional
iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə
külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır.
Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb
ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə
yetirilib. Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönlüdür. Yalan vədlərə əsaslanan
seçki kampaniyaları uğura gətirib çıxarmayıb. İnsanlar hər şeyi çox yaxşı başa düşürlər.
Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi
dəstəkləməyəcəklər. Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən
yürüdülür. Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib.
Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə
seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb.
Prezident İlham Əliyev həmçinin bildirdi ki, qlobal liderlik rəqabət mühitində sübut olunur.
Silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir –
yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan
olmaması. Budur fundamental problemlər. Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada
Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu
qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim
fəlsəfəmiz eynidir və uğurludur.

Samir Talıbov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.35959219932556