AGİN erməni idmançının təxribatı ilə bağlı bəyanat yaydı


Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının “Australia Open” tennis turnirində ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat yayıb.
Bəyantda hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində yanvarın 20-də baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətdiyi və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd göstərdiyi qeyd edilib.
Vurğulanıb ki, eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanıb.
Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.
-
“Qarabağ” Ovusunu da satdı
...
-
“Neftçi” Donyonun transferindən bu qədər qazandı
...
-
Premyer Liqada 20-ci tur başlayır
...
-
Gerye Bakıdadır...
...
-
“Sabah” “Neftçi”ni məğlub etdi
...
-
Turun mərkəzi oyunu bu gün baş tutacaq
...
-
“Fənərbaxça”nın sabiq futbolçusu “Qarabağ”a keçir
...
-
UEFA Millətlər Liqasının formatını dəyişdi
...
-
Avstriya – Azərbaycan oyununun stadionu açıqlandı
...
-
“Qarabağ” “Turan Tovuz”a, “Zirə” “Sumqayıt”a qarşı
...