Turun mərkəzi oyunu bu gün baş tutacaq

13:24 26-01-2023 | icon 1206
Turun mərkəzi oyunu bu gün baş tutacaq

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq. Sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

 

Turun sonuncu və mərkəzi oyununda isə lider “Qarabağ”ın iki əsas izləyicisi - “Sabah”la “Neftçi” komandaları üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub.

Azərbaycan Premyer Liqası
19-cu tur
26 yanvar

14:00 “Şamaxı” - “Səbail”
Şamaxı şəhər stadionu. Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov.

19:00 “Sabah” – “Neftçi”
Masazır. "Bank Respublika Arena". Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.


Digər xəbərlər

0.25057983398438