“Neftçi” Donyonun transferindən bu qədər qazandı

14:00 30-01-2023 | icon 816
“Neftçi” Donyonun transferindən bu qədər qazandı

Qodsvey Donyonu “Apollon”a satan “Neftçi”nin bu transferə görə qazancı bəlli olub.

 
“Transfermarkt” portalına istinadən xəbər verir ki, Limassol təmsilçisi qanalı hücumçuya görə “Neftçi”yə 250 min avro pul ödəyib. Bu isə təxminən 460 min manat deməkdir.

Ötən yay “Makkabi”dən (Hayfa) ayrılaraq “Neftçi”yə keçmiş 28 yaşlı forvard 21 oyuna çıxıb 5 qol vurmuşdu.


Digər xəbərlər

0.27193808555603