Sabah şaxta olacaq

14:01 30-01-2023 | icon 1108
Sabah şaxta olacaq

Yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər duman olacaq, cənub-şərq küləyi əsəcək.

 
 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Digər xəbərlər

0.25905513763428