Azərbaycan Premyer Liqası: XX tura iki oyunla yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
Son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında 46 xalla 2-ci pillədə qərarlaşan "Sabah" 26 xalla 5-ci sırada yer alan "Qəbələ"nin qonağı olacaq.
Komandalar indiyədək ölkə çempionatında 17 dəfə üz-üzə gəliblər. Bunların 5-də əyalət təmsilçisi, 9-da paytaxt klubu qələbə qazanıb. 3 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var - 25:16.
"Sabah" son 5 oyunda qol vurub və uduzmayıb. Son 7 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.
Turun son oyununda isə "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. Hazırda "ağ-qaralar" 38 xalla 3-cü, "qartallar" isə 31 xalla 4-cüdür.
Komandalar arasında bunadək baş tutmuş 28 Premyer Liqa matçında "Neftçi" 9, "Zirə" 12 qələbə qazanıb. 7 görüşdə heç-heçə qeydə alınıb. Topların fərqində isə Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda öndədir - 32:28.
“Neftçi”nin meydanındakı son üç görüşdə hər iki komanda qol vurub. “Zirə” 9 oyundur səfərdə qalib gəlmir.
Azərbaycan Premyer Liqası
XX tur
1 fevral (çərşənbə)
15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" "Şamaxı"ya 3:1, "Səbail" isə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...