Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə mətbuat qarşısında bəyənatla çıxış edib - ŞƏRH

10:07 02-02-2023 | icon 893
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə mətbuat qarşısında bəyənatla çıxış edib - ŞƏRH

Macarıstan və Azərbaycanın iki dost və tərəfdaş ölkə olduğunu bildirən İlham Əliyev,
bildirib ki, bundan sonra da ölkələrimiz, həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də
təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə
əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm
ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa
dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost
ölkələrdir.“Uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji
sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını
Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl
Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500
kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını
çatdırır.Keçən il Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz
təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün resurslar da var,
siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.Vaxtilə tarixə qovuşmuş sayılan
NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan
qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan
sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının
istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən
ölkə kimi fəaliyyət göstərəcək.Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı
tərəfdaş adlandırır. Enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət
daşıyır və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları
imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa
üçün etibarlı tərəfdaş olsun.Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı
Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan
layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən,
Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək
toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha
dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə
olsa da, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Nəqliyyat
sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur. Dəmir yolları vasitəsilə artıq
Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə
başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən
sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il
tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat
infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir
yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir.Təhsil
sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci
Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu,
Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli
hadisədir.Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Azərbaycan İkinci
Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir
milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın
Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə
Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük.Macar
şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Bir
həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan çox
maraqlıdır ki, şəhərsalma istiqamətində hansı ki, Macarıstanın çox böyük təcrübəsi var,
birgə işləyək. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş
daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb”.Cari ilin 30

yanvar tarixində Budapeştdə keçirilən görüşdə, ölkə başçılarının iştirakı ilə Azərbaycan və
Macarıstan Respublikaları arasında bir sıra mühüm sənədlər imzalanıb.Mətbuat
konfransında çıxış edən Macarıstanın Baş naziri Viktor Orban çıxışında, Prezident İlham
Əliyev barədə bildirib ki, “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə
Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə
necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə
bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi
xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı
öyrənməliyəm”.“Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə
Almaniya, şərqdə Rusiya ilə həmsərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik.
Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu,
bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”

Mahmud Cavadov
Saatlı rayonu Nabatkənd kənd tam orta məktəbinin müəllimi


Digər xəbərlər

0.28808903694153