İki gün əvvəl təyin olunan direktor işdən çıxarıldı
Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.
Yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.
Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.
Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.
Qeyd edək ki, T. Məmmədli həm də Naxçıvan Ali Məclisinin deputatıdır.
-
Müəllimlərə şad xəbər - Yenilik
...
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...
-
Tələbələrin təcrübə keçmə qaydalarında edilən yeniliklərin detalları açıqlanıb
...
-
Məktəblərdə qış tətili başladı
...
-
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
...
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...